EN

Rauf Əliyev Vətən müharibəsi veteranını da aldadıbmış -Evini başqasına satıb

Vətən müharibəsi veteranı Əzizağa Quluzadə dələduzluğun qurbanı olduğunu bildirib.

Əzizağa Quluzadə Milli.Az-a açıqlamasında qeyd edib ki, "İnşaat kostruksiyaları MMC" tərəfindən aldadılıb

"İnşaat Konstruksiyaları" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi Rauf Əliyev, direktoru Rəsul Əhmədov, habelə maliyyə işləri üzrə direktor müavini Zahir Nəcəfov saxta sənəd verərək mənim evimi başqasına satıblar. 

"2 il əvvəl "İnşaat kostruksiyaları MMC"dən Yasamal rayonu A.M.Şərifzadə küçəsində yerləşən yeni tikili binadan 2 otaqlı 90 kvadratmetr mənzil aldım. Bu yaxınlarda isə məlum olub ki, həmin mənzil başqa bir şəxsə satılıb.

Bununla bağlı rəhbərliyə müraciət etdim. Onlar mənim mənzilimi geri qaytarmaqdan boyun qaçırdılar. Məlum oldu ki, mənə onlar tərəfindən verilən sənəd yararsızdır. 

Məsələ ilə bağlı məhkəməyə və hüquq mühafizə orqanlarına müraciət etmişəm".

Qeyd edək ki, "İnşaat Konstruksiyaları" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi Rauf Əliyev, direktoru Rəsul Əhmədov, habelə maliyyə işləri üzrə direktor müavini Zahir Nəcəfov barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işi üzrə ibtidai istintaq 2023-cü ildə tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi üzrə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 33 ünvanında yerləşən "İnşaat Konstruksiyaları" MMC-yə məxsus binada eyni mənzillərin birdən çox şəxsə satılması nəticəsində 194 zərərçəkmiş şəxsə ümumilikdə 12 milyon manatdan artıq ziyan vurulması müəyyən olunub və ibtidai istintaq dövründə 153 şəxsə vurulmuş 9 milyon manatdan artıq ziyanın ödənilməsi təmin edilib.

Bundan başqa, Baş İdarədə "İnşaat Konstruksiyaları" MMC-nin vəzifəli şəxsləri barəsində məhkəməyə göndərilmiş həmin cinayət işindən ayrıca icraata ayrılmış digər cinayət işi üzrə ibtidai istintaq zamanı 28 şəxsə 1,5 milyon manatdan artıq pul vəsaitinin ödənilməsi təmin edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
8
3
olaylar.az

4Sources