EN

Ermənistan anklavları Azərbaycana təhvil verir?

Ajans.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin Xarici əlaqələr komissiyasının rəhbəri, hakim “Vətəndaş müqaviləsi” fraksiyasının üzvü Sarkis Xandanyan jurnalistlərə açıqlamasında bildirib. Deputatın sözlərinə görə, hazırda “anklavlar məsələsi” gündəmdədir, lakin bu məsələ sərhədlərin müəyyənləşdirilməsi (delimitasiya) çərçivəsində həll olunmalıdır. “Delimitasiya və demarkasiya işləri başa çatdıqdan sonra, Ermənistan və Azərbaycan anklavlar mövzusunda hansı qərarı qəbul edəcəklərinə baxacaqlar”, – deyə Xandanian qeyd edib. O, həmçinin bildirib ki, delimitasiya prosesi çoxmərhələlidir və bir neçə mərhələdən ibarətdir. Bura sərhədin müəyyənləşdirilməsi, müvafiq protokolların təsdiqlənməsi, dövlət sərhədi haqqında müqavilənin imzalanması və ratifikasiyası, həmçinin sərhəd xətti boyunca texniki işlərin aparılması daxildir.

Xandanyan vurğulayıb ki, bütün proseslər 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanır.

Chosen
8
5
Ajans.az

6Sources