EN

Hərbi parad dövlətimizin gücünün, Azərbaycan-Türkiyə-Pakistan qardaşlığının əyani göstəricisi oldu - Vüqar Rəhimzadə

Bakı. Trend:

Beş il öncə dünyaya səs salan tarixi Zəfərimiz Azərbaycandövlətinin ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinin,xalqımızın torpaq, Vətən sevgisinin, yenilməzliyinin, məğrurluğununtəqdimatı oldu. Bu gün biz Azərbaycan xalqı olaraq Müzəffər Ali BaşKomandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətliordumuzun 44 gündə yazdığı şanlı Zəfər tarixinin reallıqlarınıyaşayır və bundan böyük qürur hissi keçiririk. Bu baxımdan noyabrın8-də Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinciildönümünə həsr olunmuş Hərbi parad özündə mühüm məqamları ehtivaetdi. Hərbi paradda Vətən müharibəsi dövründə dünyaya bəyan edilənAzərbaycan-Türkiyə-Pakistan dostluğu, qardaşlığı bir daha ən yüksəksəviyyədə nümayiş etdirildi. Azərbaycan Prezidenti İlham Əliyevin,Birinci xanım Mehriban Əliyevanın, Türkiyə Prezidenti Rəcəb TayyibƏrdoğanın, Pakistan İslam Respublikasının Baş naziri MəhəmmədŞahbaz Şərifin iştirak etdikləri Hərbi paradda Azərbaycanın,Türkiyənin və Pakistanın Dövlət himnləri səsləndirildi, üç qardaşölkənin hərbçiləri yanaşı dayandı. Bu, Azərbaycan, Türkiyə vəPakistan xalqlarının, ordularının birliyinin əyani təzahürüdür.Dövlət başçısı İlham Əliyev Hərbi paraddakı çıxışında bir dahadiqqəti 44 günlük İkinci Qarabağ müharibəsinə yönəldərək bildirdiki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müharibənin ilksaatlarından başlayaraq Azərbaycana, Azərbaycan xalqına, AzərbaycanOrdusuna öz dəstəyini göstərdi. Onun verdiyi siyasi və mənəvidəstək bizə əlavə güc verirdi, bizi ruhlandırırdı. Onun “Azərbaycantək deyil, Türkiyə Azərbaycanın yanındadır!” deməsi bütün dünyayaçox ciddi mesaj idi. Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxtunutmayacaq. Şanlı Zəfərimizdən bir il sonra Qarabağın incisi Şuşaşəhərində Türkiyə və Azərbaycan Prezidentləri tarixi ŞuşaBəyannaməsini imzalayaraq əlaqələrimizi ən yüksək zirvəyə -müttəfiqlik səviyyəsinə qaldırmışlar. Bu gün Hərbi paradda Türkiyəhərbçilərinin iştirakı birliyimizin növbəti təzahürüdür. 2020-ciilin 10 dekabr tarixində keçirilən Zəfər paradında da TürkiyəPrezidenti Rəcəb Tayyib Ərdoğan bizimlə bərabər idi. Bu gün isəbizimlə bərabər digər əziz qardaşımız iştirak edir. QardaşPakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif qonağımızdır. Pakistandövləti və xalqı 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanadəstək və həmrəylik göstərmişdir. Dost ölkələrdən gəlmiş bütünqonaqları salamlayan Prezident İlham Əliyev onların Hərbi paraddabizimlə bərabər olmalarını bir daha birliyimizin, həmrəyliyimizin,qarşılıqlı dəstəyin əyani şəkildə göstəricisi kimidəyərləndirdi.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı VüqarRəhimzadə bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycan, Türkiyə vəPakistan birliyi yeni geosiyasi güc mərkəzinə çevrilib. Bu birliktarixi Zəfərimizdən sonra daha da möhkəmlənib. 2021-ci iliniyununda Azərbaycan və Tükiyənin dostluğunun, qardaşlığının,müttəfiqliyinin təsdiqi olan Şuşa Bəyannaməsinin imzalanmasınınardınca həmin ilin iyul ayında Azərbaycan, Türkiyə və Pakistanparlament sədrləri Bakıda bir araya gələrək birliyimizin təqdimatıolan Bakı Bəyannaməsini imzaladılar. Ölkələrimiz arasında əlaqələrmüxtəlif səviyyələrdə uğurla inkişaf etdirilir. Bu həmrəyliyinnövbəti təzahürü kimi bu ilin 28 May-Müstəqillik Günündə Laçınşəhərində Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Zirvəgörüşünü qeyd edə bilərik. Hərbi paradda Azərbaycan, Türkiyə vəPakistan liderlərinin çiyin-çiyinə dayanaraq şanlı Zəfərimizinqürurunu birgə yaşamalarının sevinci səsləndirdikləri çağırışlardada özünün aydın ifadəsini tapdı. Belə ki, Türkiyə Prezidenti RəcəbTayyib Ərdoğanın “Azərbaycanın sevincini bölüşən Pakistanın Başnaziri Şahbaz qardaşım başda olmaqla bu gün aramızda olan dostölkələrdən bütün təmsilçilərə təşəkkür edirəm” fikirlərənin davamıolaraq Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif bildirdi ki,Pakistan, Azərbaycan və Türkiyə - ürəkləri bir döyünən üç qardaş bugün burada çiyin-çiyinə dayanaraq, belə möhtəşəm tədbiri birlikdə,hamılıqla qeyd edirlər.

Vüqar Rəhimzadə vurğulayıb ki, dünyanın diqqətini Azərbaycana,tarixi Zəfərimizin, suverenliyimizin bərpasının yaratdığıreallıqlara yönəldən Hərbi paradda dövlət başçısı İlham Əliyevinsəsləndirdiyi hər bir fikir dünənimizə baxış, gələcəyəmizə yönələnçağırış oldu. Azərbaycanın şanlı Qələbəyə gedən yolundan, iqtisadi,siyasi, hərbi, diplomatik sahədə qazandığı uğurlardan, gənc nəslinvətənpərvərlik ruhunda tərbiyə edilməsindən geniş bəhs edənPrezident İlham Əliyev bildirdi ki, ordu quruculuğu hər zamanprioritet məsələ olaraq qalırdı. Biz güclü ordu, güclü SilahlıQüvvələr yaratmışıq. Ordumuzun döyüş qabiliyyətini artırmışıq,ordumuzu ən müasir silahlarla, texnika ilə təchiz etmişik. Bütün buvə digər amillər Qələbəmizi, şanlı Zəfərimizi şərtləndirmişdir. Bugün Azərbaycan Ordusunun texnikası həm say, həm keyfiyyət, həm dəmüasir döyüş konsepsiyalarına uyğunluğu baxımından dünyada önsıralardadır. Paradda zirehli avtomobillərdən tutmuş uzaqmənzilliraket komplekslərinə, hava hücumundan müdafiə sistemlərindən tutmuşyüksəkdəqiqlikli pilotsuz uçuş aparatlarına, artilleriyasistemlərinə qədər geniş spektr müşahidə olundu. Bu müxtəliflikordunun, eyni zamanda, həm müdafiə, həm də əməliyyat-taktiki hücumfunksiyalarını effektiv həyata keçirməsinə imkan verir. Yüksəkdöyüş hazırlığı səviyyəsinə malik olan Azərbaycan Ordusu regiondasülhün və sabitliyin qorunmasında Azərbaycanın rolunu daha damöhkəmləndirir.

Millət vəkili Müzəffər Ali Baş Komandanın çıxışında yer alan buməqama xüsusi diqqəti yönəldib ki, Ermənistan İkinci Qarabağmüharibəsi ərəfəsində daha da azğınlaşdı, ölkəmizə qarşı yeni əraziiddiaları ilə çıxış etməyə başladı. Onlar Azərbaycanı yeni müharibəilə hədələdilər. Müzəffər Ali Baş Komandan Hərbi paradda buçağırışı etdi ki, deyirdilər onların tankları Bakı küçələrindəolacaq. Deyirdilər onlar Bakıda çay içəcəklər. Əslində, onların buarzuları həyata keçdi. Onları biz gerçəkləşdirdik. Onların tanklarıbu gün Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Erməni hərbicinayətkarları bu gün Bakıda məhkəmə qarşısında cavab verirlər vəistintaq təcridxanasında Azərbaycan çayını içirlər.

Vüqar Rəhimzadə bildirib ki, Azərbaycanın ədalətə və beynəlxalqhüquqa söykənən siyasətinin uğurları davamlıdır. TarixiZəfərimizdən sonra Azərbaycanın regionda dayanıqlı sülhün vətəhlükəsizliyin təmin edilməsi üçün Ermənistana təklif etdiyi sülhmüqaviləsinə beynəlxalq dəstək də bunun bariz nümunəsidir. Türkiyəvə Pakistan liderləri çıxışlarında tarixi Zəfərimizin reallıqlarıfonunda bu məqamı xüsusi qeyd etdilər. Qardaş Türkiyənin PrezidentiRəcəb Tayyib Ərdoğan bildirdi ki, bölgəmizdə yeni bir dövrünqapıları açılıb. Vətən müharibəsi Asiyada və Avropadakı geosiyasibalansı da dəyişdi. Biz nə kin saxlayarıq, nə də keçmişdəkizülmlərin yenidən yaşanmasına izn verərik. Beləliklə, bu Zəfəri birson olaraq deyil, Qafqazda davamlı sülhə gedən yolun məhək daşıolaraq görürük.

Milli Məclisin deputatı onu da vurğulayıb ki, tarixi ZəfərimizTürk dünyasının birliyinin, həmrəyliyinin daha da möhkəmlənməsinibir hədəf kimi qarşıya qoyub. Hərbi paraddakı çıxışında RəcəbTayyib Ərdoğan böyük qürur hissi ilə qeyd etdi ki, Qarabağınazadlığa qovuşması təkcə Azərbaycan deyil, Türk dünyası üçün dəböyük bir qürur mənbəyidir. Azərbaycan Ordusunun Qarabağ torpağındaatdığı hər addım, istiqlal və şərəf uğrunda tökülən hər damla qanTürk dünyasının tarixində şərəf nişanəsi olaraq ortaq tariximizəqızıl hərflərlə yazılmışdır. Can Azərbaycan ilə ikitərəfliəlaqələrimizlə yanaşı, Türk Dövlətləri Təşkilatı çərçivəsindəkibirlik və həmrəyliyimizi də davam etdiririk.

Vüqar Rəhimzadə bildirib ki, Zəfərimizin beş illiyininreallıqlarını özündə təcəssüm etdirən Hərbi parad tariximizənövbəti qürur səhifəsini yazdı. Dünyanın diqqəti növbəti dəfəAzərbaycana, onun regionda və beynəlxalq münasibətlər sistemindəmöhkəmlənən mövqeyinə, söz sahibliyinə yönəldi. Azərbaycanın hərbir hədəfə uğurla nail olması ölkəmizin dayanıqlı inkişafınışərtləndirən əsas amildir. Dövlətimizin başçısı İlham Əliyevin hərbir çıxışı Azərbaycanın bütün sahələrdə qazandığı uğurların,gələcəklə bağlı çağırışlarının təqdimatıdır. Bu baxımdan Prezidentİlham Əliyevin Hərbi paradda səsləndirdirdiyi hər bir çağırışhazırda dünya və ölkə mətbuatlarında geniş müzakirə edilir.Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin bəyan etdiyikimi, ərazi bütövlüyümüzü, tarixi ədaləti, beynəlxalq hüququ vəmilli ləyaqətimizi biz özümüz bərpa etdik.

Milli Məclisin deputatı bu fikri xüsusi qeyd edib ki, tarixiZəfərimizin reallıqları fonunda Azərbaycana, onun ədalətli vəbeynəlxalq hüquqa əsaslanan siyasətinə dəstək Hərbi paradda iştirakedən qonaqların say tərkibində də özünün bir daha aydın ifadəsinitapdı. Belə ki,bu möhtəşəm parada müxtəlif ölkələrin müdafiənazirləri, hərbi nümayəndə heyətləri qatıldılar. Türkiyə vəPakistanın ali nümayəndə heyətlərindən əlavə, Slovakiyanın Başnazirinin müavini, müdafiə naziri, Səudiyyə Ərəbistanının müdafiənazirinin müavini, Serbiyanın Baş Qərargah rəisi, Qırğızıstanınmüdafiə naziri, Qazaxıstanın müdafiə naziri və Özbəkistanın müdafiənazirinin müavini də paradda iştirak etdilər. Noyabrın 8-də Azadlıqmeydanında keçirilən möhtəşəm Hərbi parad bir daha sübut etdi ki,Azərbaycan hər zaman əməkdaşlıq məkanı, sülhün, təhlükəsizliyintərəfdarı kimi dünyanın diqqətindədir.

Məqalədə:
Chosen
24
7
az.trend.az

8Sources