EN

İnyesta haqda cinayət işi açıldı

Qol.az saytına istinadən ain.az xəbər verir.

İspaniya millisinin və "Barselona"nın keçmiş futbolçusu Andres İnyesta Peruda cinayət təhqiqatının mərkəzindədir.

QOL.az xəbər verir ki, bu haqda "El Espanol" məlumat yayıb.

İnyesta investorlara 600 min dollardan çox pula başa gələ biləcək fırıldaqçılıq planında iştirak etməkdə şübhəli bilinir. 

Qeyd olunub ki, 41 yaşlı sabiq yarımmüdafiəçinin şirkəti "Never Say Never" və onun Perudakı törəmə şirkəti "NSN Sudamérica" futbol və musiqi tədbirləri təşkil etmək üçün pul toplayıb. Lakin planlaşdırılan tədbirlərin əksəriyyəti heç vaxt keçirilməyib və investorlara pul qaytarılmayıb.

Baş tutmayan layihələr arasında "Upa Upa Fest" festivalı, Peru və Ekvador milliləri arasında yoldaşlıq oyunu, K-Pop Musiqi Festivalı, Peru və İspaniya millilərinin veteranları arasında oyun var. İnyestanın təşkil etdiyi yeganə tədbir isə maddi itkilərlə başa çatıb.

Bildirilib ki, istintaq davam edir. Şübhələr təsdiqlənərsə, keçmiş müdafiəçi həm hüquqi, həm də ciddi reputasiya nəticələri ilə üzləşə bilər.

Qeyd edək ki, İnyesta ötən il karyerasını başa vurub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
6
1
qol.az

2Sources