Azərbaycandan ölkəmizə yola düşən C130 yük təyyarəsi Gürcüstanda qəzaya uğrayıb.
APA xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
"Axtarış-xilasetmə işlərinə Gürcüstan hakimiyyəti ilə koordinasiyalı şəkildə başlanılıb", məlumatda deyilir.
Firuzə Vahid
***
15.59
Gürcüstanda hərbi təyyarə qəzaya uğrayıb.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan telekanalları məlumat yayıb.
Hərbi təyyarənin Türkiyəyə məxsus olduğu ehtimal edilir.