EN

ABŞ BMT dən Ukrayna ilə bağlı bunu çıxarmaq istəyir

Axar.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp administrasiyası BMT-nin qətnaməsindən Ukraynanın ərazi bütövlüyünü təsdiq edən və Rusiyanın Krımı və digər bölgələri işğalını pisləyən ifadələrin çıxarılmasını müdafiə edib.

Axar.az xəbər verir ki, bu barədə “Kiyev Post” nəşri BMT-dəki mənbələrə istinadla məlumat yayıb.

“Ukraynanın BMT Baş Assambleyasının Üçüncü Komitəsinə təqdim etdiyi “Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində, o cümlədən, Krımda və Sevastopol şəhərində insan hüquqlarının vəziyyəti” adlı illik qətnamə uzun illərdir ki, mühüm diplomatik vasitə olaraq qalır.

Ötən ilin dekabrında ABŞ 77 ölkə ilə birlikdə bu qətnamənin lehinə səs verib. İndi Vaşinqton Rusiyanın Krımı işğal etməsi və işğal olunmuş ərazilərdə insan haqlarının vəziyyətinin pisləşməsi ilə bağlı ifadələri çıxarmağa çalışır”, - nəşr bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
50
axar.az

1Sources