ABŞ prezidenti Donald Tramp immiqrasiya prosesində daha bir mübahisəli addım atıb.
Publika.az xəbər verir ki, ABŞ Dövlət Departamenti xaricdəki səfirlik və konsulluqlara göndərdiyi yeni direktivdə piylənmə, diabet, ürək və ruhi xəstəliklərin viza verilməməsi üçün əsas ola biləcəyini açıqlayıb.
Qərarın səbəbi kimi müraciət edən şəxslərin ABŞ-da “ictimai yükə çevrilmə riski” göstərilir. Yeni qaydalar xüsusilə immiqrant vizası və “Green Card” müraciətlərinə təsir edəcək.
Bundan sonra müraciət edənlərin sağlamlıq vəziyyəti daha detallı şəkildə qiymətləndiriləcək. Xroniki xəstəlikləri olan şəxslərin də ölkəyə girişinin məhdudlaşdırılması və ya vizalarının rədd edilməsi ehtimalı artır.