EN

Əli Əsədov Türkiyə təyyarəsinin qəzaya uğraması ilə əlaqədar Gürcüstanın Baş naziri ilə əlaqə saxlayıb

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığınaəsasən Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov TürkiyəHərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstanərazisində qəzaya uğraması ilə əlaqədar Gürcüstanın Baş naziriİrakli Kobaxidze ilə əlaqə saxlayıb.

Trend xəbər verir ki, Başnazir Əli Əsədov ölkəmizin qəzanın nəticələrinin aradanqaldırılması, axtarış və xilasetmə tədbirlərinin həyata keçirilməsiüçün bütün lazımi dəstəyi göstərməyə, həmçinin AzərbaycanRespublikasının Fövqəladə Hallar Nazirliyinin müvafiq heyətininhəmin əraziyə göndərməyə və digər lazımi dəstək tədbirlərinigörməyə hazır olduğunu bildirmişdir. Gürcüstan tərəfi bu dəstəyəgörə təşəkkürünü bildirmiş, hal-hazırda Gürcüstanın aidiyyətiqurumlarının nümayəndələrinin ərazidə çalışdığını qeydetmişdir.

Söhbət zamanı Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin vəRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Gürcüstan həmkarları ilətəmasda olduqları vurğulanmışdır.

Tərəflər faciə ilə əlaqədar təmasların davam etdirilməsinirazılaşdırmışdır.

Məqalədə:
Chosen
71
3
az.trend.az

10Sources