EN

Türkiyədə pul qoyuluşu qalmaqalında ikinci pərdə Beşiktaş və Qalatasaray lılar da var!

ain.az bildirir, Footbal-plus portalına istinadən.

Türkiyə futbolunda oyunlara pul qoyuluşu edilməsi ilə bağlı yaşanan qalmaqal böyüməkdədi. İlk öncə bu məsələ hakimləri əhatə etmişdi. Mərc oynayan və adları açıqlanan 152 hakimdən 149-u federasiya tərəfindən 8-10-12 aylığa futboldan kənarlaşdırılmış, 17-si isə hətta həbs olunmuşdu. Ancaq bu mövzunun çox geniş bir əhatə dairəsi olduğu və təkcə hakimlərlə kifayətlənilməyəcəyi aydın idi. Noyabrın 10-da federasiya ''təmiz əllər'' əməliyyatının belə desək, ikinci pərdəsinə start verərək bu dəfə qeyri-qanuni şəkildə mərc oynayan 1024 peşəkar futbolçunun adını açıqladı! Onların hamısı Nizam-İntizam Komitəsinə sövq edilib. Hakimlər kimi futbolçuların da böyük əksəriyyətinin təxminən 10-12 aylığa futboldan kənarlaşdırılacağı gözlənilir. Bu üzdən qış transfer dönəmində Türkiyədə klublara əlavə 15 günlük ''pəncərə'' veriləcək. Federasiya hazırda bu güzəştlə bağlı FİFA ilə danışıqlar aparır. İndi isə gələk əsas məsələyə. 1024 futbolçudan 27-si superliqada çıxış edir və ən maraqlısı odu ki, onların arasında nəhəng klubların üzvləri də var! Konkret desək, ''Beşiktaş''da Nəcip Uysal ilə Ərsin Destanoğlunun, ''Qalatasaray''da Ərən Elmalı ilə Metehan Baltacının, ''Trabzonspor''da isə Salih Malkoçoğlu ilə Boran Başkanın mərc oynadığı məlum olub. Bundan başqa ''Alanyaspor''dan 4, ''Çaykur Rizəspor'', ''Qaziantep'', ''Göztəpə'', ''Kasımpaşa'', ''Fatih Karagümrük'', ''Konyaspor'' və ''Kayserispor''dan 2, ''Antalyaspor'', ''Eyüpsor'' və ''Samsunspor''dan isə 1 futbolçu oyunlara pul qoyuluşu edib. Bu arada ''Beşiktaş''lı Nəcip Uysal bu gün günorta saatlarında İstanbul Çağlayan Ədliyyəsinə gələrək onun adından mərc saytında hesab açılması və pul qoyuluşu edilməsi üzündən şikayət edib. Ədliyyənin önündə türkiyəli həmkarlarımıza açıqlamalar verən təcrübəli futbolçu iddiaları qətiyyətlə təkzib edərək heç vaxt mərc oynamadığını bildirib. Daha öncə FİFA referisi Zorbay Küçük da məhz bu cür etmişdi. O da adı qalmaqalda hallandıqdan sonra Baş Prokurorluğa gələrək adına saxta hesab açan şəxsdən şikayət etmişdi. Mövsümə ''Beşiktaş''ın kapitanı statusunda başlayan, amma bir ay öncə kapitanlığı əlindən alınan 34 yaşlı Nəcip bunları deyib:

''Bu gün bu mövzu ilə burda olmaq istəməzdim. Ancaq üstümə şər atılır. Şikayət üçün gəlmişəm. Mənim heç vaxt oynamadığım, hesab açmadığım bir saytda şəxsiyyət vəsiqəmin nömrəsi ilə hesab açılıb. Bonuslar ilə iki kupon yaradılıb və pul qoyuluşu edilib. Bundan şikayətçiyəm. Çox üzgünəm. 20 ildi, peşəkar şəkildə futbol oynayıram. Bu məsələdə klubumun da adının hallanması məni ikiqat üzür. Həyatımın ən çətin dönəmidi. Bu işlə heç vaxt məşğul olmamışam. Vəsiqəmin nömrəsi kopyalanıb. Məni bura gətirən insanlara qarşı mübarizəmi sona qədər davam etdirib onların hüquqi müstəvidə cavab vermələri üçün hər şey edəcəm. Bu olay yaşandıqdan sonra Zorbay Küçük ilə də danışdım. Onun da başına eyni hadisə gəlib. Saytda şifrəni yeniləmək istədikdə bir telefon nömrəsi çıxır. Mənim həmin nömrədən xəbərim yoxdu. Dediyim kimi həyatım boyu pul qoyuluşuna heç yaxın da durmamışam və heç yerdə də qeydiyyatdan keçməmişəm. Bunların hamısı təsdiqini tapacaq və prokurorluq da açıqlama verəcək. Ondan sonra sizinlə daha ətraflı danışarıq''.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
27
1
icma.az

2Sources