Gürcüstan ərazisini keçdikdən bir neçə dəqiqə sonra Türkiyəyə məxsus "C-130" tipli hərbi təyyarə həyəcan siqnalı vermədən Gürcüstan Hava Naviqasiya Xidmətinin (GASA) radarlarından itib.
Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Hava Naviqasiya Xidməti yayıb.
Qurumun açıqlamasına görə, təyyarə ilə əlaqə qəfil kəsilib və hadisədən dərhal sonra müəyyən olunmuş protokollara əsasən axtarış-xilasetmə əməliyyatlarına başlanılıb.
"Gürcüstan ərazisini keçdikdən bir neçə dəqiqə sonra Türkiyənin "C-130" təyyarəsi həyəcan siqnalı vermədən radarlarımızdan itib. Hadisədən sonra Gürcüstan Hava Naviqasiya Xidməti tərəfindən müəyyən edilmiş axtarış-xilasetmə tədbirləri həyata keçirilməyə başlanıb", – məlumatda qeyd olunur.