EN

Azərbaycan XİN qəza ilə əlaqədar Türkiyəyə başsağlığı verib

Ajans.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" hesabında paylaşım edilib. "Azərbaycandan Türkiyəyə istiqamətlənən qardaş Türkiyəyə məxsus C130 tipli hərbi nəqliyyat təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması xəbəri bizi dərindən sarsıtdı. Bu ağır itki ilə əlaqədar qardaş Türkiyə xalqına və Silahlı Qüvvələrinə dərin hüznlə başsağlığı verir, həlak olanların ailələrinə səbir diləyirik", - məlumatda qeyd olunub. Sonda Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğu vurğulanıb.
Chosen
22
34
Ajans.az

10Sources