Azərbaycandan ölkəmizə uçan təyyarəmizin Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğradığını eşidəndə çox kədərləndik. Dağıntıları aradan qaldırmaq üçün hakimiyyət orqanları ilə əlaqə saxlamağa davam edirik.
KONKRET.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Ümid edirik ki, bu qəzadan minimal ziyanla çıxacağıq. Allah şəhidlərimizə rəhmət eləsin və dualarımızda onlarla birlikdə olaq”, – Ərdoğan bilirib.