EN

Azərbaycan XİN təyyarə qəzası ilə əlaqədar Türkiyəyə başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) təyyarə qəzası ilə əlaqədar Türkiyəyə başsağlığı verib.

Missiya.Az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" hesabında paylaşım edilib.

"Azərbaycandan Türkiyəyə istiqamətlənən qardaş Türkiyəyə məxsus C130 tipli hərbi nəqliyyat təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması xəbəri bizi dərindən sarsıtdı. Bu ağır itki ilə əlaqədar qardaş Türkiyə xalqına və Silahlı Qüvvələrinə dərin hüznlə başsağlığı verir, həlak olanların ailələrinə səbir diləyirik", - məlumatda qeyd olunub.

Sonda Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğu vurğulanıb.

Azərbaycandan Türkiyəyə istiqamətlənən qardaş Türkiyəyə məxsus C130 tipli hərbi nəqliyyat təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması xəbəri bizi dərindən sarsıtdı. Bu ağır itki ilə əlaqədar qardaş Türkiyə xalqına və Silahlı Qüvvələrinə dərin hüznlə başsağlığı verir,…

— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) November 11, 2025

Chosen
26
50
missiya.az

10Sources