EN

TBMM sədri: "Təyyarənin qəzaya uğradığı yerdə axtarış-xilasetmə işlərini yaxından izləyirik"

Türkiyəyə məxsus hərbi yük təyyarəsinin qəzaya uğradığı yerdəki axtarış-xilasetmə işlərini yaxından izləyirik.

Moderator.az xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Azərbaycandan ölkəmizə qayıdan, Milli Müdafiə Nazirliyimizə aid hərbi yük təyyarəmizin Gürcüstanda qəzaya uğradığı xəbərini böyük bir kədərlə öyrəndim. Hadisə yerində davam edən axtarış-xilasetmə işlərini yaxından izləyirik. Şəhidlərimizə Allahdan rəhmət, ailələrinə və yaxınlarına səbr diləyirəm. Əziz millətimizin başı sağ olsun", - paylaşımda vurğulanıb.

Chosen
23
5
moderator.az

6Sources