EN

İran hakimiyyəti paytaxtın Tehrandan köçürülməsi ideyasından imtina edib

İran hakimiyyəti paytaxtın Tehrandan köçürülməsi ideyasından imtina edib

İran hakimiyyəti paytaxtın Tehrandan başqa bir şəhərə köçürülməsi planından rəsmi şəkildə imtina edib. Bunun əvəzində hökumət Tehrandakı su çatışmazlığı problemini həll etmək üçün Fars körfəzindən suyun ötürülməsini nəzərdə tutan iri layihə hazırlayıb.

AFN.az xəbər verir ki, bu barədə İran prezidentinin dəniz resurslarının idarə olunması üzrə nümayəndəsi Əli Əbdolalizadə məlumat verib. Onun sözlərinə görə, paytaxtın köçürülməsi məsələsi artıq gündəmdə deyil. “Son qərar Tehranın su və ekoloji problemlərinin müasir texnologiyalar və resurs idarəçiliyi vasitəsilə şəhər daxilində həll edilməsidir”, – deyə o, "Tasnim" agentliyinə bildirib.

Əli Əbdolalizadə qeyd edib ki, yerli mütəxəssislər tərəfindən hazırlanmış layihə Fars körfəzindən suyun paytaxta ötürülməsini nəzərdə tutur və bu, Tehranın yeganə etibarlı su mənbəyi hesab olunur.

Əbdolalizadə əlavə edib ki, su böhranı təkcə İrana deyil, regionun bir çox ölkəsinə təhlükə yaradır: “İqlim dəyişikliyi və şirin su ehtiyatlarının azalması fonunda duzlu suyun təmizlənməsi və yeni texnologiyaların tətbiqi artıq qaçılmaz zərurətə çevrilib”.

İran Meteorologiya Xidmətinin məlumatına əsasən, son yarım ayda ölkə üzrə yağıntıların həcmi əvvəlki illərlə müqayisədə 86,5% azalıb, Tehranda isə bu göstərici 96,2%-ə çatıb.

Chosen
54
afn.az

1Sources