EN

Qəzaya uğrayan hərbi yük təyyarəsində neçə nəfər olub?

Xəbər verdiyimiz kimi, Azərbaycandan Havaya qalxan Türkiyənin "C-130" hərbi yük təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb.

Publika.az "TRT Haber"ə istinadla xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi qəza ilə bağlı ilkin açıqlama yayıb.

Nazirliyin sosial media hesabında yayımlanan açıqlamada deyilir:

“Azərbaycandan ölkəmizə gəlmək üçün havalanan "C130" tipli yük təyyarəmiz Gürcüstanda qəzaya uğramışdır. Axtarış-xilasetmə işlərinə Gürcüstan rəsmiləri ilə koordinasiyalı şəkildə başlanılmışdır. Qəzaya uğrayan təyyarəmizdə uçuş heyəti ilə birlikdə 20 personalımız vardı. Axtarış-xilasetmə işləri davam edir. İctimaiyyətə hörmətlə duyurulur”

Chosen
39
1
publika.az

10Sources