EN

İmamoğlu barəsində 2 min ilədək həbs cəzası tələb olunur

BAKI, TurkicWorld, Orxan Qədirzadə

İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı aparılan cinayət işi üzrə hazırlanan ittiham aktı İstanbul Baş Prokurorluğu tərəfindən tamamlanaraq ictimaiyyətə açıqlanıb.

TurkicWorld xəbər verir ki, ittiham aktında hazırda həbsdə saxlanılan İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq rəhbəri Ekrem İmamoğlu barəsində çoxsaylı hüquq pozuntusu ilə bağlı ittihamlar irəli sürülüb. Prokurorluq onun üçün 849 ildən 2 min 430 il 6 aya qədər azadlıqdan məhrumetmə cəzası istəyib.

İttiham aktında İmamoğlu “cinayət məqsədilə qurulan təşkilata rəhbərlik”, “rüşvət”, “dövlət qurumlarının ziyana salınması”, “dövlət vəsaitinin mənimsənilməsi”, “məlumatların qanunsuz əldə edilməsi”, “dəlillərin gizlədilməsi”, “dövlət əmlakına zərər vurulması”, “dələduzluq”, “qara pul dövriyyəsi” və başqa maddələrlə günahlandırılır.

Sənəddə Mülkiyyətə Nəzarət Şurası “müraciət edən tərəf”, bir neçə nazirlik və yerli idarəetmə orqanı isə “zərərçəkən qurum” kimi göstərilib.

İttiham aktında başqa şəxslərin də adları çəkilir. Onlardan bəzilərinin “cinayət məqsədilə yaradılmış təşkilata rəhbərlik”, digərlərinin isə “təşkilata üzvlük” maddəsi ilə cəzalandırılması tələb edilir. Məlumata görə, bəzi şübhəlilər istintaqa məlumat verdikləri üçün onların barəsində yüngülləşdirici məqamların tətbiqi təklif olunub.

Prokurorluq iddia edir ki, cinayət yolu ilə əldə edilmiş gəlirlər və həmin gəlirlər vasitəsilə idarə olunan şirkətlər müsadirə edilməlidir. Siyahıda Ekrem İmamoğlu da daxil olmaqla çox sayda şəxsin adına qeydiyyatda olan hüquqi şəxslər və vəsaitlər yer alır.

İttiham aktı məhkəmə tərəfindən qəbul edildiyi halda, iş Ağır Cinayətlər Məhkəməsində araşdırılacaq.

Chosen
46
turkic.world

1Sources