EN

Türkiyə təyyarəsi qəzaya uğradı

Türkiyəyə məxsus C-130 hərbi yük təyyarəsi Gürcüstanda qəzaya uğrayıb.

XəzərNews.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Azərbaycandan ölkəmizə uçan C-130 hərbi yük təyyarəsi Gürcüstanda qəzaya uğrayıb. Azərbaycan və Gürcüstan hakimiyyət orqanları ilə koordinasiyalı şəkildə axtarış-xilasetmə işlərinə başlanılıb”, - məlumatda qeyd olunub.

Ölən və yaralananlar barədə məlumat verilməyib.

***

Gürcüstan Hava Naviqasiya Xidmətinin məlumatına görə, təyyarə ilə əlaqə qəfil kəsilib və hadisədən dərhal sonra müəyyən olunmuş protokollara əsasən, axtarış-xilasetmə əməliyyatlarına başlanılıb.

"Gürcüstan ərazisini keçdikdən bir neçə dəqiqə sonra Türkiyənin C-130 təyyarəsi həyəcan siqnalı vermədən radarlarımızdan itib. Hadisədən sonra Gürcüstan Hava Naviqasiya Xidməti tərəfindən müəyyən edilmiş axtarış-xilasetmə tədbirləri həyata keçirilməyə başlanıb", – məlumatda qeyd olunub.

Qeyd edək ki, bir müddət öncə yayılan məlumatda helikopterin qəzaya uğradığı bildirilmişdi.

Xəbər 2 dəfə oxunub.
Chosen
17
47
xezernews.az

10Sources