EN

Ermənistan və Danimarka əməkdaşlıq müqaviləsi imzalayıblar

ain.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Kopenhagenə səfəri çərçivəsində danimarkalı həmkarı Lars Lokke Rasmussen ilə görüşüb.

Moderator.az-ın məlumatına görə, bu barədə Danimarka Xarici İşlər Nazirliyi xəbər yayıb.

Nazirlik Rasmussenin sözlərini sitat gətirib: "Biz (Danimarka və Ermənistan – red.) aramızda əməkdaşlığı gücləndiririk. Bu gün erməni həmkarım Ararat Mirzoyanla görüşdüm, ölkələrimiz arasında daha sıx tərəfdaşlığa doğru mühüm addım olan yeni əməkdaşlıq müqaviləsi imzaladıq".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
29
2
moderator.az

4Sources