Türkiyə xarici işlər naziri Hakan Fidan gürcü həmkarı Maka Boçorişvili ilə telefon danışığı aparıb.
Musavat.com xəbər verir ki, Gürcüstanlı nazir türkiyəli həmkarına başsağlığı verib.
Söhbət zamanı nazirlər Azərbaycan-Gürcüstan sərhədində Türkiyə hərbi nəqliyyat təyyarəsinin qəzaya uğramasından sonra axtarış-xilasetmə əməliyyatları ilə bağlı məsələləri müzakirə ediblər.
Musavat.com