EN

Qapını açan olmadı, yatdığı yerdə meyiti tapıldı Ağdaşda ŞOK ÖLÜM

Lent az saytına istinadən ain.az xəbər verir.

Ağdaşda evdən meyit tapılıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Şəhər sakini olan 59 yaşlı İslam Qurbanov yaşadığı evdə ölü halda tapılıb. Məlumata görə, İslam Qurbanov uzun müddətdir ki, həyətə çıxmayıb. Bundan şübhələnən qonşuları onun qapısını döysələr də, açan olmayıb. Belə olanda onlar polisə və təcili tibbi yardıma xəbər veriblər. Evə gələn polis əməkdaşları mənzilə daxil olaraq, yatdığı çarpayıda ev sahibinin meyiti ilə rastlaşıblar.

Qeyd olunur ki, mərhum uzun müddətdir astma xəstəliyindən əziyyət çəkirmiş.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
57
lent.az

1Sources