EN

Vaşinqton hava limanında avtomobil sərnişin platformasına çırpıldı - 18 nəfər xəsarət aldı

BAKI, 11 noyabr. TELEQRAF

Bu gün günorta saatlarında ABŞ-nin paytaxtı Vaşinqtonda hava limanında avtomobil sərnişin platformasına çırpılıb.

Teleqraf "Associated Press"ə istinadən xəbər verir ki, hadisə nəticəsində 18 nəfər xəsarət alıb.

Vaşinqton Hava Limanları İdarəsinin verdiyi məlumata görə, Dulles Beynəlxalq Hava Limanında avtomobilin təyyarələrlə terminal arasındakı sərnişin platformasına çırpılıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Chosen
32
teleqraf.com

1Sources