EN

"Fənərbaxça" UEFA-ya şikayət etdi

"Fənərbaxça" Avropa Liqasının Liqa mərhələsinin 4-cü turunda "Viktoriya" ilə (0:0) oyununun hakimi Allard Lindhoutla ilə bağlı UEFA-ya rəsmi şikayət edib.

Hakimiyyet.az xəbər verir ki, müraciətdə hakimin oyun boyunca idarəçilik tərzinin və onun səhv qərarlarının matçın nəticəsinə birbaşa təsir etdiyi bildirilib.

UEFA-dan bunu nəzərə alaraq, hadisələri lazımi ciddiyyətlə və təcili şəkildə araşdırması xahiş edilib.

Chosen
12
8
hakimiyyet.az

10Sources