EN

Britaniya və Rusiya arasında “hibrid müharibə” başlayıb – ŞOK DETALLAR

The Telegraph nəşrinin məlumatına görə, Britaniya Silahlı Qüvvələri artıq Rusiya ilə “hibrid müharibə” vəziyyətindədir. 

Musavat.com xəbər verir ki, məlumata əsasən, Böyük Britaniyanın Kral Hərbi Hava Qüvvələrinin (RAF) xüsusi polku Belçika ərazisində yerləşdirilib. Bölmənin əsas vəzifəsi Rusiyadan gələn pilotsuz uçuş aparatları (PUA) təhlükəsinə qarşı Avropanın mühüm infrastruktur obyektlərini qorumaqdır.

Nəşrin yazdığına görə, Rusiya dron hücumları, kiberhücumlar və diversiya əməliyyatlarından istifadə edərək regionda gərginliyi artırmaq və sabitliyi pozmaq strategiyasını həyata keçirir.

Buna cavab olaraq, London yeni müdafiə texnologiyaları, o cümlədən “Dragon Fire” adlı lazer sistemi üzərində işləri sürətləndirib.

Ekspertlərin fikrincə, əgər Britaniya hibrid təhdidləri cilovlaya bilməsə, vəziyyət tammiqyaslı hərbi qarşıdurmaya çevrilə bilər.

Musavat.com

Chosen
78
30
musavat.com

10Sources