EN

Nura Suri nazirlik işçisi ilə bağlı dediklərinə aydınlıq gətirdi

Müğənni Nura Suri Mədəniyyət Nazirliyinin ünvanına səsləndirdiyi ittihamlarla bağlı açıqlama yayıb. 

"Unikal" xəbər verir ki, müğənni Mədəniyyət Naziliyinin tədbirlərin təşkili şöbəsinin müdiri Mənzər Nurəliyeva ilə bağlı dediklərinə belə aydınlıq gətirib:

"Akademik Musiqi Teatrında çəkiliş məsələsində Əliqismət bəy əvvəlcə mümkündür deyib, sonradan “təsdiqlənmədi” deyəndə bu məsələnin səbəbini bilmək istədim.

Səbəb “nazirlikdən icazə verilmədi” kimi deyildi. Ətrafdan da bir neçə insanla danışdım, “Mənzər xanım edir” dedilər. Yəni bu fakt deyildi. Özü ilə də danışdım həmin vaxt, nəsə bu məsələ həllini tapmadı, dəqiq məlum olmadı.

İkinci dəfə də Qobustanda çəkiliş etmək istəyirdik, məsələ çox uzandı, amma sonda həllini tapdı və biz klipi çəkə bildik.

Bu yaxınlarda yenə tədbirlərlə bağlı problemlər yarandı - siyahıdan adım çıxarılmışdı. Mənzər xanımın etdiyini dedilər mənə. Bu gün məlum oldu ki, Mənzər xanım 20 gün ölkə xaricində olub, başqa tədbirlərdə. Burdakı tədbirlərin keçirilməsində onun heç bir rolu olmayıb. Yəqin mənə yalan məlumat verilib. Bunu edən adamın da öz vicdanına buraxıram. Bir növ oyuna gətirilmişəm. Elə bir dövrdə yaşayırıq ki, nəyin doğru olub-olmadığını bilə bilmirik.

Kim-kimə pislik edir, niyə edir, özü edib başqasının üstünə yıxır - ayırd etmək olmur. Mən də heç vaxt heç kəsə haqsızlıq etmək istəmirəm, etmirəm. Ən zəhləm gedən şey isə şər-böhtandır - nə özümə, nə başqalarına qarşı qəbuledilməzdir mənim üçün. Hər kəsin mütləq ki, nöqsanları var, amma haqsızlıq və şər-böhtan qəbuledilməzdir".

Chosen
55
unikal.az

1Sources