EN

Türkiyə qəzaya uğrayan təyyarənin axtarışı üçün PUA göndərdi

Türkiyə Silahlı Qüvvələri Gürcüstan ərazisində qəzaya uğrayan “C-130” tipli hərbi nəqliyyat təyyarəsi ilə bağlı axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə bölgəyə “Akıncı” hücum tipli pilotsuz uçuş aparatı (PUA) göndərib.

Musavat.com xəbər verir ki, məlumata görə, PUA yaxın saatlarda axtarışlara qoşulacaq və hadisə yerində axtarış işlərini havadan koordinasiya edəcək.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələrinə məxsus “C-130” tipli təyyarə Gürcüstan ərazisində qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 20 hərbçinin olduğu bildirilir.

Hadisə ilə bağlı araşdırma və axtarış-xilasetmə əməliyyatları davam edir.

Musavat.com

Chosen
18
47
musavat.com

10Sources