Türkiyə Milli Müdafiə Nazirliyi Gürcüstan ərazisində qəzaya uğrayan "C130" hərbi nəqliyyat təyyarəsi ilə bağlı növbəti məlumat yayıb...
"Report" xəbər verir ki, məlumatda deyilir:
"Gürcüstanın axtarış-xilasetmə qrupları təyyarənin qalıqlarını saat 17:00-da tapıb. Qəza araşdırma qrupumuz hadisə yerinə gedir. Təyyarə qəzasının səbəbi qrupumuz tərəfindən qalıqların ətraflı araşdırılmasından sonra müəyyən ediləcək".
***
Gürcüstanda qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin qalıqları tapılıb.
"Report" xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X"də yazıb.
O bildirib ki, axtarış- xilasetmə tədbirləri davam edir.
Nazir həmçinin təyyarənin qalıqlarının olduğu bölgəyə çatdığını bildirib.
Qeyd edək ki, Gürcüstanda qəzaya uğrayan Türkiyə Silahlı Qüvvələrinə məxsus C-130 təyyarəsinin göyərtəsində 20 hərbçi olub.
Poliqon.info