EN

Müdafiə Nazirliyi: “Təyyarənin qəza səbəbi qalıqların ətraflı araşdırılmasından sonra müəyyən ediləcək“

ain.az, Moderator.az portalına istinadən məlumat verir.

Türkiyə Milli Müdafiə Nazirliyi Gürcüstan ərazisində qəzaya uğrayan "C130" hərbi nəqliyyat təyyarəsi ilə bağlı növbəti məlumat yayıb.

Moderator.az xəbər verir ki, məlumatda deyilir:

"Gürcüstanın axtarış-xilasetmə qrupları təyyarənin qalıqlarını saat 17:00-da tapıb. Qəza araşdırma qrupumuz hadisə yerinə gedir. Təyyarə qəzasının səbəbi qrupumuz tərəfindən qalıqların ətraflı araşdırılmasından sonra müəyyən ediləcək".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
18
7
moderator.az

10Sources