EN

Türkiyənin daxili işlər naziri hadisə yerindədir – FOTO

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Türkiyə Silahlı Qüvvələrinə aid C-130 təyyarəsinin qalıqlarının olduğu bölgəyə çatıb.

KONKRET.az Milli.az-a istinadən bildirir ki,Daxili İşlər Naziri Ali Yerlikaya paylaşdığı açıqlamada “Gürcüstan rəsmiləri ilə koordinasiya içində axtarış-xilasetmə işləri aparılır. Təyyarənin qalıqlarına saat 17:00 radələrində çatılıb. Şəhid olan hərbçilərimizə Allahdan rəhmət, ailələrinə və millətimizə başsağlığı diləyirəm.” – deyə bildirib.

Gürcüstan Daxili İşlər Nazirliyi bildirib ki, təyyarə Azerbaycan sərhədindən təxminən 5 km məsafədə, Siqnaxi bölgəsi yaxınlığında qəzaya düşüb. Rəsmi qurumlar qeyd edir ki:

Təyyarənin radar əlaqəsi qəfildən kəsilib.

Təyyarə heç bir təcili siqnal göndərməyib.

Qəza ilə bağlı istintaq başlanıb.

 

Chosen
17
1
konkret.az

2Sources