Pakistanın İslamabad və Vana şəhərlərində baş verən, çoxsaylı insan ölümü və yaralanması ilə nəticələnən terror aktları xəbəri Azərbaycanı dərin kədərləndirib.
Qaziler.az-ın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.
Bəyanatda qeyd olunur: “Həlak olanların ailələrinə, eləcə də qardaş Pakistan xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Yaralananların hamısına tezliklə şəfa diləyirik.”
Azərbaycan Xarici İşlər Nazirliyi vurğulayıb ki, Azərbaycan terrorizmin bütün forma və təzahürlərinə qarşı mübarizədə Pakistanla tam həmrəydir.