EN

35 il sonra həmin obraza qayıtdı Video

Axsham.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Məşhur aktyor Makoley Kalkin “Evde tək” (“Home Alone”) filminin 35 illiyi üçün çəkilmiş xüsusi videoda yenidən "Kevin Makkallister" obrazına qayıdıb.

Axşam.az xəbər verir ki, yeni reklam çarxı “Home But Not Alone” (“Evdə, amma tək deyil”) adlanır. Videoda artıq böyümüş "Kevin" uşaqlıqda etdiyi kimi evi oğrulardan deyil, bu dəfə anasını evdəki mümkün təhlükələrdən qoruyur.

Çarx "Home Instead" adlı evdə qayğı xidməti göstərən şirkət tərəfindən hazırlanıb. Videoda Kevin anası üçün “təhlükəsizlik planı” qurur – döşəməni sürüşməz edir, təhlükəli əşyaları yığışdırır, həyəti daha təhlükəsiz hala gətirir.

Çarxda orijinal filmdəki bəzi məşhur səhnələrə də nostalji şəkildə istinadlar yer alıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
15
axsam.az

1Sources