EN

Binalara girmək istəyən naməlum şəxs TƏŞVİŞ YARATDI

Hövsandakı yaşayış komplekslərindən birində naməlum şəxsin hərəkətləri sakinlər arasında təşvişə səbəb olub. Sosial şəbəkələrdə yayılan videogörüntülərdə həmin şəxsin binanın bloklarında dolaşdığı və mənzillərə girməyə cəhd etdiyi iddia olunur.

Sakinlərdən biri bildirib ki, oxşar hadisə əvvəllər də baş verib:

"Yeni köçəndə belə bir hadisə olmuşdu. Mən işdə olanda həyat yoldaşım dedi ki, evin qapısını kimsə açmaq istəyir. Bilmirsən ki, evə nə məqsədlə girmək istəyir".

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, Hövsan qəsəbəsindəki yaşayış binasında mənzillərin qapısını döyərək evlərə daxil olmağa çalışan şəxslə bağlı iddialar polis tərəfindən araşdırılıb. Araşdırma zamanı müəyyən olunub ki, həmin şəxs gedəcəyi mənzilin yerini tapa bilmədiyi üçün qapıları döyüb. Şəxs müəyyən olunub, kriminal tərkib yoxdur.

Daha ətraflı Baku TV-nin süjetində:

Chosen
36
far.az

1Sources