EN

Gürcüstan Prezidenti təyyarə qəzası ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili təyyarə qəzası ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

AZƏRTAC xəbər verir ki, Mixail Kavelaşvili "X" hesabında etdiyi paylaşımda dəhşətli faciənin Gürcüstana böyük kədər gətirdiyini bildirib.

"Bu ağrılı və çətin anlarda Türkiyə xalqı ilə sarsılmaz həmrəyliyimizi ifadə edirik", - deyə Kavelaşvili yazıb.

Chosen
11
20
xalqqazeti.az

10Sources