Musavat.com xəbər verir ki, Gürcüstanda baş verən hərbi təyyarə qəzasında həlak olan baş leytenant Emre Mercanın şəhid olması xəbəri ailəsinə verilib.
Məlumata görə, şəhid zabitin Əskişəhərdəki evinə Türkiyə bayrağı asılıb.
Qeyd edək ki, Türkiyəyə məxsus “C-130” tipli hərbi yük təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb. Hadisə nəticəsində ekipaj üzvləri həlak olub, qəzanın səbəbləri araşdırılır.
Musavat.com