BAKI, 12 noyabr. TELEQRAF.
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev və Rusiya prezidenti Vladimir Putin Kremldə 2,5 saatdan çox davam edən qeyri-rəsmi söhbət aparıblar.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat katibi Ruslan Jeldıbay məlumat verib.
Jeldıbay “Telegram” hesabında paylaşdığı videoda Putinin görüşdən sonra Tokayevi müşayiət etdiyini göstərib.
Tokayev 11 noyabrda dövlət səfəri ilə Moskvaya gedib. O, səfər ərəfəsində Putinlə qeyri-rəsmi şəraitdə fikir mübadiləsi aparmaq, müşahidələrini bölüşmək və səmimi qəbula görə təşəkkürünü bildirmək niyyətində olduğunu söyləmişdi.
Qeyri-rəsmi görüş nahar masası arxasında davam edib, səfərin əsas rəsmi proqramı isə 12 noyabra planlaşdırılıb.