"Report" xəbər verir ki, bu barədə Alyansın "X" hesabında paylaşım edilib.
"Müttəfiqimiz Türkiyəyə və bu gün baş verən faciəli qəzada həlak olanların hamısının yaxınlarına dərin hüznlə başsağlığı veririk. Türkiyə Silahlı Qüvvələrinin nümayəndələrinə, xüsusilə də Alyansdakı bütün hərbi geyimli kişilərimizə və qadınlarımıza- hər gün təhlükəsizliyimizi təmin etmək üçün etdiklərinə görə dərin minnətdarlığımızı bildiririk", - paylaşımda qeyd olunub.
Qeyd edək ki, Gürcüstanda qəzaya uğrayan Türkiyə Silahlı Qüvvələrinə məxsus C-130 təyyarəsinin göyərtəsində 20 hərbçi olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31