EN

Böyük Britaniya ABŞ-yə kəşfiyyat məlumatlarını ötürməyi dayandırıb

Bakı. Trend:

Böyük Britaniya hökuməti Karib dənizindəki şübhəli gəmilərbarədə kəşfiyyat məlumatlarının ABŞ-yə ötürülməsini dayandırıb.

Trend xəbər verirki, bu barədə CNN telekanalı mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, London Venesuela sahillərində ABŞ hərbçilərininfəaliyyətinə şərik olmaq istəmir və bu gəmilərə edilən hücumlarıqanunsuz hesab edir.

Məlumata görə, Karib dənizində beş dənizaşırı əraziyə nəzarətedən Böyük Britaniya regiondakı kəşfiyyat bölməsi vasitəsiləillərlə ABŞ-yə narkotik daşıdığı ehtimal edilən gəmiləriaşkarlamaqda kömək edib. Bu məlumatlar əsasında ABŞ SahilMühafizəsi şübhəli gəmiləri saxlaya, yoxlaya, narkotikləri müsadirəedə və ekipaj üzvlərini həbs edə bilirdi.

Xatırladaq ki, sentyabrdan etibarən Prezident Donald Trampınəmri ilə ABŞ Venesuela sahillərində narkotik kartelləri ilə əlaqəligəmilərə zərbələr endirir. Böyük Britaniya hökuməti 70-dən çoxinsanın öldürüldüyü bu hücumlarda onların kəşfiyyat məlumatlarındanistifadə edilə biləcəyindən narahatlığını ifadə edib.

Chosen
78
az.trend.az

1Sources