EN

Tokayev və Putin arasında qeyri-rəsmi görüş iki saat yarımdan çox davam edib

Kremldə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Rusiya Prezidenti Vladimir Putin arasında qeyri-rəsmi görüş iki saat yarımdan çox davam edib.

Trend xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat katibi Ruslan Jeldibay məlumat yayıb.

Jeldibay özünün Telegram kanalında yazıb: " Kasım-Jomart Tokayev və Rusiya Prezidenti Vladimir Putin arasında Kremldə qeyri-rəsmi söhbət iki saat yarımdan çox davam edib".

Tokayev 11 noyabrda dövlət səfəri ilə Moskvaya gəlib. Daha əvvəl o, bəzi fikir və müşahidələrini qeyri-rəsmi şəkildə Putinlə bölüşmək niyyətində olduğunu bildirib və Moskvada səmimi qarşılanmaya görə Rusiya prezidentinə minnətdarlığını ifadə edib.

Söhbət şam yeməyi zamanı davam edib. Səfər proqramının əsas hissəsi isə 12 noyabr tarixinə planlaşdırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
25
1
olaylar.az

2Sources