EN

Maduro partizan müharibəsinə hazırlaşır

Venesuela hakimiyyəti ABŞ-ın mümkün quru əməliyyatına cavab hazırlayır.

Musavat.com Reuters-ə istinadən xəbər verir ki, Karakas partizan müharibəsi təşkil etməyi planlaşdırır. Agentliyin məlumatına gör, Nikolas Maduro hökuməti ABŞ hücumu halında iki strategiya seçib. Biri "uzunmüddətli müqavimət"dir.

Nəşrin mənbələri qeyd edib ki, "uzunmüddətli müqavimət" partizan müdafiəsini nəzərdə tutur. Venesuela ölkə daxilində 280-dən çox yerdə kiçik hərbi birləşmələr yerləşdirməyi planlaşdırır. Onlara ABŞ ordusuna qarşı təxribat və digər fəaliyyətlər tapşırılacaq.

Reuters mənbələrinə görə, başqa bir strategiya, Venesuelanı xarici qüvvələr üçün idarəolunmaz hala gətirmək məqsədilə paytaxt Karakas küçələrində iğtişaşlar yaratmaqdır. Bu iş üçün kəşfiyyat və hakim partiyanın silahlı tərəfdarlarından istifadə etmək nəzərdə tutulur.

Adı açıqlanmayan mənbələr Reuters-ə bildiriblər ki, ABŞ hücumu halında iki strategiya bir-birini tamamlayacaq.

Bir mənbə bildirib ki, "biz ənənəvi müharibədə iki saat davam gətirmərik".

Başqa bir Reuters mənbəsi hökumətin əksini iddia etməsinə baxmayaraq, ölkənin "münaqişəyə hazır olmadığını" vurğulayıb: "Biz dünyanın ən güclü və yaxşı təlim keçmiş ordularından biri ilə qarşılaşmağa hazır deyilik".

 

Musavat.com

Chosen
41
musavat.com

1Sources