Bakı. Trend:
ABŞ dağıdıcı Melissa qasırğasından zərər çəkmiş Karib ölkələrinətəxminən 12,5 milyon dollar əlavə yardım göstərəcək.
Trend xəbər verirki, ABŞ Dövlət Departamentinin yaydığı açıqlamada təcili humanitaryardım olaraq Yamaykaya təxminən 10 milyon dollar, Haitiyə isə 2,5milyon dollar göndəriləcəyi bildirilib.
Yardım vəsaitləri zibillərin təmizlənməsi, təcrid olunmuşərazilərə çıxışın təmin edilməsi, müvəqqəti sığınacaq, tibbiyardım, gigiyena məhsulları və qida təchizatı üçün istifadəolunacaq.
Bu, Melissa qasırğasından sonra ABŞ-ın ümumi yardım məbləğinitəxminən 37 milyon dollara çatdırır. O cümlədən Yamayka üçün 22milyon dollar, Haiti üçün 11 milyon dollar, Kuba üçün 3 milyondollar və Baham adaları üçün 500 min dollar ayrılıb.
Maksimum 5-ci kateqoriyaya çatan Melissa qasırğası Haiti,Yamayka və Kubada genişmiqyaslı dağıntılara səbəb olub.
Haiti və Yamaykada baş verən daşqınlar nəticəsində 75 nəfərhəyatını itirib, Yamayka Baş naziri Endryu Holness isə dəyənziyanın 6 milyard dollardan çox olduğunu bildirib.