EN

Rusiya "İstanbul masası"na geri dönür?

Rusiya istənilən vaxt İstanbulda Ukrayna ilə danışıqları bərpa etməyə hazırdır, lakin Kiyev təkliflərə cavab vermir.

Publika.az xəbər verir ki, bu barədə TASS-a Rusiyanın Türkiyədəki müvəqqəti işlər vəkili Aleksey İvanov İstanbulda keçirilən "Valday" klubunun konfransında çıxışı zamanı bildirib.

“Rusiya tərəfi dəfələrlə vurğulayıb ki, biz Ukrayna tərəfi ilə birbaşa danışıqları davam etdirməyə hazırıq. Türkiyəli tərəfdaşlarımız İstanbul platformasının bizim ixtiyarımızda qaldığını təsdiqləyir”, - deyə diplomat qeyd edib.

O, Moskvanın daha əvvəl onlayn danışıqlar üçün üç işçi qrupunun yaradılmasını təklif etdiyini, lakin Kiyevdən cavab gəlmədiyini bildirib.

Chosen
52
publika.az

1Sources