Danimarka Ukraynaya ümumi dəyəri 1,4 milyard kron (təxminən 220 milyon ABŞ dolları) olan 28-ci hərbi yardım paketini təqdim edəcək.
APA xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, hökumət məsələ ilə bağlı parlamentin xarici siyasət komitəsi ilə məsləhətləşmələr artıq aparıb.