EN

Hakan Fidan Rubio və Əl-Şeybani ilə terrorla mübarizəni müzakirə etdi

BAKI, 12 noyabr. TELEQRAF

ABŞ-nin dövlət katibi Marko Rubio, Türkiyə və Suriyanın xarici işlər nazirləri Hakan Fidan və Əsəd Əl-Şeybani ilə görüşündə Suriyanın bərpası və terrorla mübarizə məsələlərini müzakirə edib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Tommi Piqott açıqlama verib.

Açıqlamada bildirilir ki, görüşdə “regional təhlükəsizliyin gücləndirilməsi imkanları və terrorizmə qarşı mübarizə səyləri”, o cümlədən Suriyanın “İslam Dövləti” terror qruplaşmasına qarşı koalisiyaya qoşulması mövzuları müzakirə olunub.

Həmçinin görüşdə Suriyada itkin düşmüş amerikalıların axtarışı və bölgədə əməkdaşlığın Suriyanın bərpasına dəstək verməsi məsələləri müzakirə olunub. Dövlət katibi vurğulayıb ki, prezident Donald Tramp suriyalılara sülh və rifah şansı vermək niyyətindədir.

Chosen
53
teleqraf.com

1Sources