EN

Yeni müharibənin İLK QIĞILCIMI

"USS Gerald R. Ford" adlı aviadaşıyıcı ABŞ-ın Cənub Komandanlığının (USSOUTHCOM) məsuliyyət zonasına daxil olub. Bu zona Latın Amerikasını və Karib hövzəsini əhatə edir.

Publika.az "Navy Times"a istinadla xəbər verir ki, məlumatı ölkənin Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti yayıb.

Pentaqon 24 oktyabrda bildirmişdi ki, aviadaşıyıcı və onun zərbə qrupu narkotiklərlə mübarizə səylərini dəstəkləmək məqsədilə regiona göndərilir.

“Amerika qüvvələrinin USSOUTHCOM məsuliyyət zonasında genişləndirilmiş iştirakı, ABŞ-ın qanunsuz fəaliyyətlə məşğul olan subyektləri aşkarlamaq, izləmək və qarşısını almaq imkanlarını artıracaq. Bu fəaliyyətlər ABŞ ərazisinin təhlükəsizliyi və rifahını, eləcə də Qərb yarımkürəsindəki sabitliyimizi təhdid edir”, – deyə Pentaqonun baş nümayəndəsi Şon Parnell bildirib.

Aviadaşıyıcı, hazırda USSOUTHCOM zonasındakı səkkiz digər ABŞ hərbi gəmisi ilə birlikdə fəaliyyət göstərir: "Iwo Jima", "Fort Lauderdale", "San Antonio", "Lake Erie", "Jason Dunham", "Gravely", "Stockdale" və "Wichita". Bu səkkiz gəmidə ümumilikdə təxminən 6000 nəfərlik şəxsi heyət var.

Chosen
6
6
publika.az

7Sources