EN

Zelenskinin yaxını məhkəmədə: 100 milyon dollarlıq korrupsiya sxemi...

Ukrayna müstəntiqləri çərşənbə axşamı prezident Vladimir Zelenskinin yaxın adamı Timur Mindiçi 100 milyon dollarlıq korrupsiya sxemini təşkil etməkdə ittiham ediblər. Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, bu barədə Dövlət Prokurorundan asılı olmayan İxtisaslaşdırılmış Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğu (SAPO) məhkəməyə bildirib. Sənəddə deyilir:

“Timur Mindiç  Ukrayna iqtisadiyyatının müxtəlif sahələrində cinayətlər təşkil etməklə qanunsuz olaraq varlanmaq qərarına gəlib!.

Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Agentlik (NABU) bazar ertəsi ölkənin enerji sektorunda irimiqyaslı korrupsiya sxemini aşkarladığını elan edib. Çirkli pulların yuyulması əməliyyatlarında  təqribən 100 milyon dollar vəsaitin istifadə olunduğunu təxmin edib.

Aydın Baxış

Chosen
53
bakivaxti.az

1Sources