Bakı. Trend:
Tayvanın mərkəzindəki Nantou qraflığında 4,5 bal gücündə zəlzələbaş verib.
Trend xəbər verirki, bu barədə adanın Mərkəzi Meteorologiya İdarəsi məlumatyayıb.
Zəlzələnin episentri Nantou şəhərindən 31,2 km şimal-şərqdə,Qousin kəndi ərazisində, 23,7 km dərinlikdə yerləşib.
Hadisə nəticəsində tələfat və ya dağıntı barədə məlumatverilməyib.