BAKI, 12 noyabr. TELEQRAF
Türkiyə Milli Müdafiə Nazirliyi Gürcüstan-Azərbaycan sərhədi yaxınlığında qəzaya uğrayan C-130 tipli hərbi yük təyyarəsinin qalıqları üzərində xilasetmə və qəza araşdırma qruplarının işə başladığını açıqlayıb.
Teleqraf yerli KİV-lərə istinadən xəbər verir ki, araşdırmalara yerli hakimiyyət orqanları ilə koordinasiyalı şəkildə səhər saat 06:30-da start verilib.
Xatırladaq ki, Azərbaycanın ərazisindən Türkiyəyə uçmaq üçün havaya qalxan hərbi təyyarə ötən gün Gürcüstan-Azərbaycan sərhədi yaxınlığında qəzaya uğrayıb. MSB əvvəlki açıqlamasında bildirmişdi ki, təyyarənin düşmə səbəbi qəza araşdırma qrupunun ətraflı təhlilindən sonra müəyyən ediləcək.