EN

Trampdan səs-küylü AÇIQLAMA - Ölkə 3 trilyon dollar İTİRƏCƏK

ABŞ Ali Məhkəməsi prezident Donald Trampın tariflərinin qanuniliyinə dair iddiaya baxdığı vaxtda Tramp yenidən bu məsələ ilə bağlı səs-küylü açıqlama verib.

Musavat.com "Axios"a istinadən xəbər verir ki, o, tarif qərarları ləğv edilərsə, ölkənin3 trilyon dollar itirə biləcəyini deyib: "ABŞ Ali Məhkəməsinə səhv məlumatlar verilib".

Amerika lideri hesab edir ki, rədd edilərsə, edilən və planlaşdırılan investisiyalar, eləcə də geri ödəmələr daxil olmaqla tariflərin "ləğvi" 3 trilyon dollardan çox məbləğə başa gələcək. "Axios"a görə, Tramp xarici siyasətinin əsas elementini qorumaq üçün bu cür səs-küylü açıqlamalarla məhkəməyə təzyiqi artırmağa çalışır. Çünki 2 gün əvvəl o, 2 trilyon dollarlıq zərərdən bəhs etmişdi, indi isə məbləği artırıb.

Qeyd etmək lazımdır ki, "3 trilyon dollar itirmək" dedikdə, Tramp tarif güzəştlərini və itirilmiş investisiyaları nəzərdə tutur.

Nəşr həmçinin aydınlaşdırır ki, əgər tariflər qanunsuz hesab edilərsə, geri ödəmə məsələsi tamamilə yeni bir məhkəmə prosesinin mövzusu ola bilər.

Musavat.com

 

Chosen
54
50
musavat.com

10Sources