EN

Göygöldə yol qəzası baş verib - Dörd nəfər xəsarət alıb

Göygöl rayonunda avtomobilin ağaca çırpılması nəticəsində 4 nəfər xəsarət alıb.
 
Moderator.az xəbər verir ki, hadisə nəticəsində rayonun Hacıməlik kənd sakinləri 2003 cü il təvəllüdlü Fuad Əsgərov, onun həmyaşıdı Elgün Tağıyev, 2002-ci il təvəllüdlü Hikmət Yusifov və onun qardaşı İsmət Yusifov müxtəlif dərəcəli bədən xəsarərləri ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Yaralılara ilkin tibbi yardım göstərilib, vəziyyətləri orta-ağırdır. 
 
Faktla bağlı araşdırma başlanılıb.
 
Chosen
4
1
moderator.az

2Sources