EN

"Bu qüvvələrin hiylələri uğursuzluğa məhkumdur” - MHP liderindən Azərbaycan AÇIQLAMASI


“Azərbaycan və Türkiyənin suveren hüquqlarını pozmağa, ölkələrimizi təhdid etməyə və ya iki qardaş dövlətin tarixi və siyasi nailiyyətlərinə maneələr yaratmağa çalışan qüvvələrin hiylələri uğursuzluğa məhkumdur”.

Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli Ankarada MHP parlament fraksiyasının iclasında Azərbaycan və Türkiyə arasındakı münasibətlər barədə danışıb. MHP lideri bəyan edib ki, Ankara ilə Bakı arasındakı əlaqələrin möhkəm və sarsılmazdır, əməkdaşlığımız isə “Bir millət, iki dövlət” kəlamını əks etdirir. SİTAT: “Türkiyə ilə Azərbaycan arasındakı milli, tarixi, mədəni və strateji tərəfdaşlıq müəyyən dairələrdə narahatlıq doğurur. Biz bunu görürük və bu cür təşəbbüslərin arxasında kimin dayandığını dərk edirik”. MHP rəhbəri vurğulayıb ki, Ankara ilə Bakı arasındakı dostluq münasibətlərinə xələl gətirmək cəhdləri iki ölkənin düşmənləri üçün nəticə verməyəcək.

Mətləb

Chosen
7
8
baki-xeber.com

9Sources